Çingiz Abdullayevə "Şərəf" ordeni təqdim edilib
11-04-2019, 14:25
Oxunub: 3 110
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf”, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadəyə 2-ci dərəcəli “Əmək” ordenlərinin təqdimedilmə mərasimi keçirilib.
ONA xəbər verir ki, ordenlər mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub.
Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirən nazir ilk olaraq Azər Mustafazadəyə 2-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
Daha sonra ölkə başçısının Çingiz Abdullayev haqqında sərəncamını oxuyan nazir onun daimi oxucusu olduğunu bildirib: "Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyində fəaliyyətini yüksək dəyərləndirmək lazımdır. O, əsərlərində üzdə sadə görünsə də, alt qatda çox ciddi problemləri təhlil edir və bu, oxucuların marağına səbəb olur. Buna görə də o, həm ölkəmizdə, həm də xaricdə sevilir. Mən Çingiz Abdullayevi təbrik edir, ona 100 il ömür arzulayıram".
Nazir Çingiz Abdullayevə ordeni təqdim edib.
Çingiz Abdullayev çıxışında bildirib ki, yazıçıya belə qiymət verilməsi Azərbaycan ədəbiyyatının dəyəridir: “Hər bir ədib birinci növbədə öz ölkəsinin yazıçısıdır. Mən də bu məsuliyyəti başa düşürəm".
Xalq yazıçısı Anar çıxışında bildirib ki, Ç, Abdullayev həm Allahın verdiyi istedada malikdir, həm də işgüzardır: "Bu qədər romanı yazmaq üçün çox zəhmətkeş olmaq lazımdır. Dəfələrlə xarici səfərlər zamanı görmüşəm ki, yolda da dincəlməyib, yazıb. Mən ona uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Azərbaycanın xalq yazıçısı, görkəmli dedektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev “Şərəf” ordeni, nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə isə Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər