“Bakı Marafonu-2019” üçün 10 min nəfər qeydiyyatdan keçib
19-04-2019, 17:32
Oxunub: 4 904
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu-2019” üçün 10 min nəfər qeydiyyatdan keçib.
Bolgexeber.com yarışın “facebook” səhifəsinə istinadən xəbər verir ki, yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.
Qeyd edək ki, ötən il baş tutan sayca 3-cü “Bakı Marafonu”nda 18 min iştirakçı qeydiyyatdan keçmişdi. Əvvəlki yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulub. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak edib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər