BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov yeni idarə rəisi təyin etdi

Ramil Usubov yeni idarə rəisi təyin etdi

23-04-2019, 12:33
Oxunub: 2 618 Ramil Usubov yeni idarə rəisi təyin etdiPolis polkovniki Fuad Məmmədli Daxili İşlər Nazirliyinin Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Oxu.Az-ın məlumatına görə, F.Məmmədli bundan əvvəl müxtəlif vaxtlarda Quba və Salyan RPŞ-nin rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.