Kompensasiyalarla bağlı SMS almayan vətəndaşlar nə etməlidir? - RƏSMİ CAVAB
24-04-2019, 09:21
Oxunub: 2 669
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq, ötən gündən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.
Bolgexeber.com bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Trend-ə deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur:
"Dünəndən etibarən kompensasiyaların verilməsinə start verilib. Banklarda sıxlıq yaranmasın deyə, hər bir bank öz müştərisinə SMS-bildiriş göndərir. Bu da növbəlilik prinsipinin qorunmasına dəlalət edir ki, vətəndaşlarımız vaxt itkisinə məruz qalmasınlar. Vətəndaşlar bildirilən vaxtda banka yaxınlaşırlar. Şəffaf formada, elektron şəkildə bankdan kompensasiyalarını alırlar. 500 manata qədər olan vəsaitlər vətəndaşlara nağd, 500 manatdan yuxarı olan vəsaitlər isə kart formasında verilir".
E.Allahverdiyev qeyd edib ki, kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər