BolgeXeber.Com » Xəbərlər » Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb

Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb

24-04-2019, 12:05
Oxunub: 2 368 Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıbAprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən "Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.