Deputat Cavanşir Feyziyev müğənninin adına 10 milyonluq obyekt alıb
24-04-2019, 16:25
Oxunub: 2 590
“Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb.
Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.
İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.
Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər