BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

25-04-2019, 11:41
Oxunub: 1 930 Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb2019-cu il aprel ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılmışdır.