BolgeXeber.Com » Xəbərlər » Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEO

Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEO

25-04-2019, 17:26
Oxunub: 1 552 Zakir Həsənov ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib - VİDEOAzərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.