BolgeXeber.Com » Xəbərlər » Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozdu

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozdu

29-04-2019, 10:01
Oxunub: 1 935 Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.