BolgeXeber.Com » Xəbərlər » Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

1-05-2019, 15:18
Oxunub: 6 260 Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?Məsələnin təfaruatını öyrənmək üçün Yasamal DYP rəisinin nömrəsinə zəng etdik təsüflər olsun ki, bu cür hallarda nədənsə DYP rəislər onlara gələn zənglərə cavab verməkdən imtina etməkdədirlər

Bunu da anlayışla qəbul edir amma şikayətçilərin şikayətinində yubadılmadan dərc edilməsinidə təmin etmək məcburiyyətlərimizində olmasını diqqətlərinə ərz edərik. Həmçinin Yasamal DYP gizli əməliyyatları isə tək onların qəzalarda ki xidmətləri ilə deyil Yasamal ərazisindən keçən sürücülərə qarşı hansı tor qurulmasındanda geniş danışmaq mükündür. İlk öncə Nəqliyyat nazirliyi tərəfdə iki inspektorun avtomobilsiz dayanaraq gələn gedən avtomobillri saxlatması hansının məhz cəriməsi olduğunu necə bilmələrinə toxunsaq heyrətə gələcəksiniz. Beləki DYP avtomobili durmuş və içində əyləşən inspektor keçən avtomobilləri aypatrula yoxlayaraq xidməti rabitə cihazı ilə öndə olan şəxslərə diqtə edir. Bu minvalla isə avtomobillər tıxaca baxmayaraq dərhal saxlanılır. Baku Mall ticarət mərkəzinin önündədə eyni hall təkrarlanır. Burda isə iki hissədən gələn avtmobillərə eyni tələ qurulmaqdadır. 20 Yanvardan Dairəsindən qəbələ dairəsində gələn yolda Duran 99-YP-281 nişanlı xidməti avtomobil həmdə durma dayanma qaydalarına əməl etmədən bəzən isə dayanacağın içərisində saxlayaraq öndəki xidməti avtomobillərə nömrələrlə bağlı məlumat ötürür. Bəs bu məlumatı icra etmək istən inspektorların həyat sığortasını kim təmin edir. İnspektorlar sürətlə hərəkət edən avtomobillərin içərindən qeyd edilən nömrəli avtomibili saxlamaq üçün həyatlarını risklərə atırlar. Şəhər kameraları olmasına baxmayaraq bu qədər canfəşanlıq nəyə görədir? Bu mövzuyada qayıdacağıq amma geniş formatda.
Masalı rayon xıl kənd sakini Sadıqov Mirkamran Əlövsət oğlu Bakıya etdiyi səfər zamanı düşdüyü durumdan narazılığını media vasitəsi ilə ölkə rəhbərliyinə o cümlədən Daixili İşlər Naziri Ramil Usubova çatdırmaq istədiyini qeyd edib. Beləki, Mirkamran Sadıqov 04.04.2019-cu il tarixində qonaq gəldiyi Yasamal rayon ərazisində tanımadığı şəxs tərəfindən idarəsində olan Mersedes markalı avtomobillə Mirkamranın idarəsində olan 44-BU-444 dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtomobilə xəsarət yetirilmişdir. Qəza nəticəsində ölüm və yaralı olmadığından vətəndaş M.Sadıqov qanunlara güvənərək yol hərəkət nişanları olmayan yerdə qanunla tənzimlənən qaydaya riayyət etmiş və soldan gələnin onu gözləməsinin vacibliyin nəzərə alaraq hərəkətinə davam etdirmişdir. Amma nə fayda ki, Azərbaycanda Sürücülük vəsiqəsini məhs savadı ilə deyil pulu ilə alanın sayı daha çoxdur. Bu isə yol qaydalarını bilmədən avtomobil idarə edənlərin sayəni çoxaltmaqdadır. Bu minvallada həmin yol qəzasının yaranması qaçınılmaz olub. Yolun kənarından avtomobilinə əyləşən və hərəkəti zamanı qəzaya düşən M.şSadıqov Mülkünə dəymiş ziyanın təmin edilməsi üçün DYP 902 qaynar xəttinə qəza ilə bağlı məlumat verib. Amma verdiyi məlumat 3 gün ərzində onun dadına çatsada daha sonra bəlasına çevrilib. Rayondan Paytaxtda qonaq gələn hardan bilsin ki, MEGAPOLİSdə qanunlar deyil rüşvət tüğyan etməkdədir. M.Sadıqovun redaksiyamıza verdiyi məlumatlardada qeyd edilir ki, 902 qaynar xettinə müraciət edən Mirkamran hadisə yerinə inspektorun gəldiyini qeyd edib. Həmçinin bildirib ki, İnspektor hadisə yerinə baxış keçirmiş hətta Mersedes markalı avtomobilin sürücüsü taxsırın onda olduğunu etiraf edib. Bütün bunları nəzərə alan inspektor hadisə yerindən sənədlər götürdükdən sonra Yasamal Rayon DYP binasına yaxınlaşaraq qəza şöbəsində Namiq müəllimə yaxınlaşmağı göstəriş verib. Namiq adlı şəxsin qəbulunda olarkən isə Mirkamranın bildirdiklərinə görə ona nə edək deyə sual verilib. O isə cavabında qarşı tərəfin sığortasınında hadisə yerinə gəlmiş və haqlı olduğumu qeyd edərək hadisə fotolarınıda çəkərək özləri ilə götürmüş və sizdən veriləcək sənədləri gözləməkdədirlər. Namiq bəy isə əvəzində barmaqlarını bir birinə sürtərək maddi baxımdan nə edək deyə yenidən sual edib. Həmin an ondan rüşvət istədiyini anlayan Mirkamran niyə mən nəsə etməliyem deyə sual verib. Namiq isə əvəzində bildirib ki, ged onda qəzanın sənin törətdiyin ancaq yazılaca. Üç gün boyunca get gələ salınan Mirkamran Sadıqov haqqlı olduğu halda rüşvət vermədiyindən haqsız duruma düşdüyünü bildirib. Avtomobilinə 4000 manata qədər ziyan dəydiyin və bu zərərin sığorta tərəfindən ödənilməsinə suni maniələr və dəlilərin saxtalaşdırıldığını qeyd edən vətəndaş Namiq adlı dyp əməkdaşının bu hərəkətini heç cürə anlamadığını rüşvət ala bilmədi deyə qanunları leyhinə çevirməsinin hüquqlara zidd olduğun qeyd edib. Məsələ ilə bağlı 102 xidmətinə zəng edərək Namiqdən şikayət etdiyin deyən vətəndaş idarəyə çağrılıb. Müstəntiq tərəfindən dindirildikdə isə Namiq bəyə onun yanından zəng edilib. Amma bütün bunlara baxmayaraq Mirkamranın hüuquları bərpa olması əvəzinə qanunla onun günahkar olması iddiaları səslənib. Amma səslənən iddialar çox gülməli olduğun deyən M.Sadıqov ona onun gəldiyi istiqamətin çıxılmaz yol olduğundan günahkar o sayıldığı deyilib. İnsan yolun sonuna getmədən oranın çıxılmaz yol olduğun hardan bilə bilər deyə vətəndaş qeyd edir. 3 gün müddətinə qanunlar M.Sadıqovun tərəfində olduğu halda rüşvət vermədikdə iradları bildirdikdə isə Namiq bəyin kimə istiyirsən ged şikayət et mən nə yazsam qanunda odur deməsi bir insanın 4000 (dörd min) manat dəyərində zərərə salmışdır.

Yazıda adı keçən şəxs və ya qurumların mövqeyini dinləyib dərc etməyə hazırıq.

Bakunews.az