“Qrandmart”ın qəribə sovet xəstəliyi... - FOTO
1-05-2019, 16:22
Oxunub: 3 622
Neçə illərdir xalqımıza sırınan quldur rus-erməni-bolşevik “qəhramanları”nın gerçək üzləri açıqlansa da, hələ də bu onların adı leksikonumuzdan, toponimlərimizdən uzaqlaşdırılmayıb
Təsəvvür edin, marşrut avtobuslarının üzərində “RAZİN”, “VOROVSKİ” kimi qondarma yer adları, satansiyalar yazılıb yapışdırılır. Halbuki, 30 ildir quldurun adını daşıyan qəsəbənin və Bakını topa tutduğu dağın adı “Bakıxanov” adına dəyişdirilib.
Fikrimizcə, bu anormallığı ciddi sanksiya ilə aradan qaldırmaq olar. Başqa sözlə, hansı marşrutda, kommersiya obyektində saxta, qondarma adlar işlənərsə, həmin marşrutların, obyektləri “Reklam haqqında” və digər qanunların tələbləri ilə, məsələn, minimum əmək haqqının bir neçə misli miqdarında cərimə etməklə, quldur tör-töküntülərindən qurtulmaq olar.
Quldur adlarının məhsul “brendi”nə çevrilməsi isə daha çox marketlərin, yumşaq desək, özbaşınalığıdır. Fikir verin, istehsalçı məhsulunun adını “Bakıxanov çörəyi” kimi etiketləndirib, amma marketlərin piştaxtalarında “Razin çörəyi” yazılır. Niyə?
“Qrandmart” marketlər şəbəkəsinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mağazasında bu özbaşınalığa qəribə cavab aldıq: “RAZİN ELƏ BAKIXANOVDUR DƏ”.
Çox güman ki, bağlantılı qurumlar “Qrandmart” və digərlərinə quldurla dövlət xadiminin, ziyalının, yazarın fərqini anladacaqlar.
Hurriyyet.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər