Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi? - TƏFƏRRÜAT
4-05-2019, 17:09
Oxunub: 2 494
Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.
Bu haqda Oxu.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Xatırladaq ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.
Qətlin üzərindən üç gün keçsə də, müstəntiqlər hadisə şahidinin olmadığına görə, qatilin izinə çıxmaqda və şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkir.
Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.
Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə, atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub.
Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb. K.Məmmədlinin meyitini valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.
Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb.
Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir. Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.
Faktla bağlı istintaq davam edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə