BolgeXeber.Com » Xəbərlər » Cinayət törədən 43 nəfər saxlanıldı

Cinayət törədən 43 nəfər saxlanıldı

7-05-2019, 11:30
Oxunub: 1 614 Cinayət törədən 43 nəfər saxlanıldıÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb

DİN-dən verilən məlumata görə, mayın 6-da törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilibh.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.