BolgeXeber.Com » Xəbərlər » Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dahi Lider” adlı şeir müsabiqəsi
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dahi Lider” adlı şeir müsabiqəsi
8-05-2019, 10:10
Oxunub: 2 975
07.05.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dahi Lider” adlı şeir müsabiqəsi keçirildi
Müsabiqə şəhər orta məktəblərinin şagirdləri arasında təşkil olunmuşdu. Əvvəlcə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva tədbiri giriş sözü ilə açdı, sonra müsabiqənin şərtlərini izah etmək üçün sözü Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbalıyevaya verdi. Çıxışlardan sonra məktəblilər bir-bir şeirlərini səsləndirdilər. Müsabiqənin şərtlərinə görə I yeri şəhər 4 saylı məktəbin IV sinif şagirdi Nəcəfova Zeynəb Bəhruz qızı, II yeri Əzizova Sara Taleh qızı, III yeri isə Əsədli Leyla İlham qızı tutdu. Qaliblərə Gənclər və İdman idarəsinin Diplomları təqdim edildi. Əlavə 3 nəfər isə həvəsləndirici Diplomlara laiq görüldülər.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər