“Hafka”nın bağlanmış bankından yarım milyonluq iddia
10-05-2019, 13:47
Oxunub: 3 076
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC kredit borcu ilə bağlı yarım milyon manatlıq iddia qaldırıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehlər “Az Tovtrans Tikinti” MMC-dən və Bayramov Rövşən Cəbrayıl oğlundan 2011-ci ildə bağlanan kredit müqaviləsi üzrə 459 min 921 manat tutularaq onlara ödənilməsini istəyib.
Cavabdeh Rövşən Bayramov Tovuz rayon sakini olduğu üçün hakim işin Tovuz Tovuz Rayon Məhkəməsinə göndərilməsi haqda qərar qəbul edib. İşə həmin məhkəmədə baxılacaq.
Qeyd edək ki, “Bank of Azerbaijan” keçmiş nəqliyyat naziri Ziya Məmmədovla ortağı “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun olub. Daha sonra sabiq nazirin “ZQAN Holdinq”inin vəzifəli şəxsləri bu bankdakı səhmlərini satdıqlarını açıqlayıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər