Əmlak Məsələləri Dövlət Komitəsində dövlət qulluqçuları and içdilər
10-05-2019, 18:10
Oxunub: 7 870
Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan vakant inzibati vəzifələrə qəbul edilən 10 dövlət qulluqçusunun10 may tarixində andiçmə mərasimi keçirilib. İlk olaraq andiçmə mərasimində çıxış edən komitənin şöbə müdiri Nuranə Nəzərova dövlət qulluqçularını təbrik etdi.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içdilər.
Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər 6 ay stajçı kimi qulluğa qəbul edilib, daha sonra 3 ay sınaq müddətini uğurla başa vuraraq ölkə qanunvericiliyinə uyğun şəkildə daimi dövlət qulluğuna qəbul ediliblər.
Bildirilməlidir ki, komitə ötən il ərzindəDövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən 85 nəfəri vakant vəzifələrə təyin edib.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər