BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda 5 nəfərin öldüyü qəzadan - Video

Sumqayıtda 5 nəfərin öldüyü qəzadan - Video

11-05-2019, 12:29
Oxunub: 1 664 Sumqayıtda 5 nəfərin öldüyü qəzadan - VideoXəbər verdiyimiz kimi, dünən Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Hacı Zeynalabdin qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sözügedən dəhşətli qəzanın videogörüntülərini təqdim edirik: