İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
11-05-2019, 16:23
Oxunub: 1 966
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb
Bu barədə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.
Səfir bildirib ki, hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. “Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər”, - deyə səfir əlavə edib.
A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər