Siqaret çəkənlər orucluqda bunu etməsin – Təhlükəlidir
15-05-2019, 09:45
Oxunub: 3 662
Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər
Türkiyənin məşhur kardioloqu Aydın Mustafa Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq edib.
Oruc tutmaq insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir.
Amma bununla yanaşı bir sıra problemlərin meydana çıxması da mümkündür: "Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidirlər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda imsaq və iftarda çox duzlu yemək qəbul etmək olmaz. Bu, ürək, qan-damar xəstəliklərinə səbəb ola bilər.
Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkməyin də ürəyə çox böyük ziyanı ola bilər. İftar ilə imsaq arasında olan vaxtda kifayət qədər maye qəbul edilməlidir. İftar zamanı yeməkləri aramla və qısa məsafələr verməklə yemək lazımdır".
O bildirib ki, imsaqda sulu və lifli qidalara üstünlük vermək lazımdır. Belə qidalar uzun müddət tox saxlayır.
Kardioloq onu da əlavə edib ki, ürək, qan-damar xəstəliyi olan xəstələr həkimləri ilə məsləhətləşdikdən sonra oruc tuta bilərlər. Əks halda onların səhhətində problem yarana bilər.
Medicina.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər