ATABank I qrup əlilin evini su qiymətinə əlindən aldı - FOTO
18-05-2019, 11:08
Oxunub: 3 951
Vətəndaş Nuriyev Xəyyam Vilayət oğlu 16.04.2013-cü il tarixdə ATABank ASC-dən 48 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit götürdüyünü, lakin səhhətində yaranmış problemlərə görə kredit borcunu vaxtında qaytara bilmədiyini və buna görə sözügedən bank tərəfindən məhkəməyə verildiyini deyib
Bu barədə Axar.az-a danışan Nuriyev Xəyyam bildirib ki, bankdan kredit götürəndən təxminən 40-45 gün sonra böyrəklərində ciddi problemlər yaranıb və 2 dəfə böyrəkköçürmə əməliyyatı keçirib:
“ATABank ASC rəhbərliyi borcumu vaxtında qaytarmadığım üçün məhkəməyə müraciət etdi. Bütün məhkəmə qətnamələrinə uyğun olaraq mənə məxsus ikimərtəbəli, 252,9 kvadrat metr qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq satıldı.
Mənim ATABanka 200.000 (iki yüz min) manat əsas, 56.700 (əlli altı min yeddi yüz) manat faiz borcum əmələ gəlmişdi. Əmlakımın dəyəri isə real bazar qiymətinə görə təxminən 700.000-800.000 manat civarında idi.
ATABank ASC rəhbərliyi hərracdan əvvəl mənə yazılı müraciət edərək bildirdi ki, əmlakıma 650.000 (altı yüz əlli min) manata alıcı tapıblar (məktub əlavə olunur), mən isə həmin qiymətdən imtina etdim.
Ancaq ATABank ASC rəhbərliyi mənə məxsus qeyri-yaşayış sahəsini hərracdan real dəyərindən üç dəfə aşağı qiymətə 264.000 (iki yüz altmış dörd min) manata özününküləşdirdi.
ATABank ASC 256.700 manat borcuma görə hərracdan 264.000 manata aldığı əmlakımı 3-cü şəxsə rəsmi olaraq 373.000 manata, faktiki 450.000 manata satıb. Hətta bu rəsmi satışdan mənə çatası 109.000 (yüz doqquz min) manatı da mənə verməyib və vermək istəmir”.
X.Nuriyev I-ci qrup əlil olduğunu (əlillik vəsiqəsi əlavə olunur), hər gün dərman qəbul etdiyini, artıq dərman almağa pulu qalmadığını da bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı AtaBank ASC-yə müraciət ünvanlamışıq.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər