Sabiq icra başçısının oğlu və qardaşının ölüm səbəbi açıqlandı
19-05-2019, 17:33
Oxunub: 2 837
Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərman həblərinin təsiri nəticəsində dünyasını dəyişib. Belə ki, H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.
H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.
Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb.
Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.
(Publika.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər