Bu peşə məktəbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq - Yeni qayda
21-05-2019, 10:05
Oxunub: 2 913
Nazirlər Kabineti "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.
Trend-in məlumatına görə, nizamnaməyə əsasən, peşə təhsili müəssisəsinin təsisçisi Təhsil Nazirliyidir. Peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya “Lisenziyalar və icazələr haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq verilir. Peşə təhsili müəssisəsi akkreditasiya edilir.
Peşə təhsili müəssisəsinin məqsədləri müxtəlif peşələr üzrə ixtisaslı kadr hazırlığını, məhkumlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, eyni zamanda zəruri əmək bacarıqlarına yiyələnməni təmin etmək, məhkumları ictimai həyata hazırlamaq üçün onlara peşə bacarıqlarını aşılamaq, məhkumların peşə ixtisası almasını və ixtisaslarının daim artırılmasını təmin etmək və s-dir.
Peşə təhsili müəssisəsinin hüquqları peşə təhsilinə dair normativ hüquqi aktların, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarının və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) hazırlanmasına dair təkliflər vermək, əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinin razılığı ilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə, “Peşə təhsili haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və s-dir.
Peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitinin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.
müəssisəsi tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin edilirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər