Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq uğurla davam etdirilir
22-05-2019, 11:46
Oxunub: 2 766
Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını eyni qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan Prokurorluğu ilə qurulmuş sıx əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivlərinin müzakirəsi məqsədi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru xanım Yanne Holst mayın 21-də Baş prokuror Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfər edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com- a verilən məlumata görə, səfər zamanı Yanne Holst Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Assosiyasiyaya fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşüb.
Tədbirdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Assosiasiya ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələri və göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Assosiyasiyanın yeni üzvləri ilə görüşdə çıxış edən Yanne Holst təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və iş prinsipləri barəsində məlumat verib, gənc əməkdaşlara öz xidməti fəaliyyətləri zamanı təşkilatın imkanlarından faydalanmağın yollarını izah edib, onları maraqlandıran sualları cavablandırıb.
Sonda Assosiasiyaya qəbul edilmiş yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim edilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər