Prezident Ramiz Novruzla görüşdü: "Uzaqdan gördü, məni yanına çağırdı" (FOTO)
23-05-2019, 15:30
Oxunub: 2 448
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman Xalq artisti Ramiz Novruzla həmsöhbət olub.
Görüşdən yayılan fotolarda Prezidentin Xalq artisti ilə səmimi söhbət etdiyini görmək olur.
R.Novruz oxu.az-a açıqlamasında bildirib ki, ölkə başçısı ilə görüşü ilə tam təsadüfi alınıb:
"Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik.
Mənim ağlıma da gəlməzdi ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım məni adımla yanına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik.
Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.
Aktyor qeyd edib ki, dövlət başçısı ilə söhbətində teatrda çalışan gənclərin razılığını ona çatdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər