Bakıda kafedə kişini boğub öldürdülər – Qabları yumadığına görə
25-05-2019, 17:08
Oxunub: 2 918
Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib. Cinayət qurbanı 47 yaşlı kişidir.
Bu haqda Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət mayın 24-ə keçən gecə törədilib. Təxminən 08:00 radələrində Koroğlu Rəhimov küçəsində fəaliyyət göstərən kafenin icarədarı Naxçıvanın Şərur rayon sakini Sadıqov Zahid Yaqub oğlunun meyiti tapılıb.
Patoloqoanatomlar qurbanın baş nahiyəsində şüşə əşya ilə endirilmiş zərbələr nəticəsində meydana gələn kəsici yaralar, boyun nayihəsində isə əllə boğma nəticəsində meydana gələn stranqulasiya şırımı aşkarlayıb.
Aparılan cinayət-axtarış tədbirləri nəticəsində rayonun 5-ci polis bölməsinin əməkdaşları kafenin başqa işçisi, 21 yaşlı Laçın rayon sakini Hüseynov Əmrah Xəyal oğlunu saxlayıb.
İlkin dindirilmə zaman A.Hüseynov deyib ki, onunla Z.Sadıqov arasında kimin qabları yumalı olduğu ilə bağlı mübahisə düşüb. Heç bir tərəf güzəştə getməyib və tezliklə mübahisə davaya çevrilərək, faciəvi şəkildə başa çatıb. Ə.Hüseynov K.Saqıqovu boğaraq öldürüb.
Fakt üzrə cinayət işi açılıb, istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.
Qeyd edək ki, mayın 24-nə keçən gecə həmin rayonda başqa bir qətl hadisəsi də qeydə alınıb. 59 yaşlı Xələfov Şamil Şəristan oğlu qaldığı evdə yatan vəziyyətdə qətlə yetirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər