BolgeXeber.Com » Xəbərlər » “İntim şəkillərini göndər, yoxsa...” – Azərbaycanda qadına şok şantaj

“İntim şəkillərini göndər, yoxsa...” – Azərbaycanda qadına şok şantaj

29-05-2019, 14:48
Oxunub: 2 376 “İntim şəkillərini göndər, yoxsa...” – Azərbaycanda qadına şok şantajAzərbaycanda gənc qadını sosial şəbəkə vasitəsi ilə şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Mahmud Mərdanovun (cinayət işindəki ad və soyadları şərti veririk – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mahmud Mərdanov 2017-ci ilin sentyabrın əvvəlində mobil telefonunda “votsap”dan Səlimə Babayevaya mesaj yazıb.

Mahmud Mərdanov Səlimə Babayevaya özünü “Raul” adlı şəxs kimi təqdim edib, onunla tanış olub.

Daha sonra Səlimə Babayevanın profilində olan fotoşəkili mobil telefonuna köçürüb, onunla cinsi əlaqədə olmağı təklif edib. Ancaq rədd cavabı alıb. Bu səbəbdən o, Səlimə Babayevanın fotoşəkilini Feysbukda “Səlimə Babayeva” profilində yerləşdirib, onun əxlaqsız və fahişəliklə məşğul olması barədə elan verib.

Ardınca həmin elanı silmək üçün Səlimə Babayevadan sinəsinin və cinsiyyət üzvünün fotoşəkillərini tələb edib. Səlimə Babayeva elanın silinməsi üçün Mahmud Mərdanovun tələbini yerinə yetirib.

Həmin il sentyabrın 15-də Mahmud Mərdanov Feysbuk və digər sosial şəbəkələrdə Səlimə Babayeva haqqında rüsvayçı məlumatlar yaymaqla 100 manat pul tələb edib.

Səlimə Babayeva sentyabrın 17-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərkəzi Poçt Filialı vasitəsi ilə 100 manatı Sumqayıt şəhərində yerləşən Mərkəzi Poçt Filialının 11 saylı poçt şöbəsinə Mahmud Mərdanovun dayısı oğlunun adına göndərib. Mahmud Mərdanov dayısı oğlu vasitəsi ilə həmin pulu götürüb.

Ertəsi gün Mahmud Mərdanov Səlimə Babayevanı yenidən şantaj edib. O bu dəfə qadından 250 manat tələb edib.

Şantaj olunan Səlimə Babayeva sentyabrın 21-də Mərdəkan qəsəbəsindəki Mərkəzi Poçt Filialı vasitəsi ilə Mahmud Mərdanovun adına 242 manat göndərib. Mahmud Mərdanov həmin pulu Bərdə rayonunda yerləşən Mərkəzi Poçt Filialından götürüb.

Bundan başqa, Mahmud Mərdanov həmin ilin sentyabr-oktyabr aylarında “Feysbuk” və digər sosial şəbəkələr vasitəsilə Səlimə Babayevadan hədə-qorxu ilə sonuncunun özünə aid olan pornoqrafik-foto materialları əldə edib. O, həmin fotoları bayağı şəkildə ortaya çıxması, insanların qıcıqlandırılması, başqalarında ikrah hissi oyatması və qadına aid olan şəkilləri qeyri-etik formada təsvirini özündə əks etdirən 6 pornoqrafik şəkli sosial şəbəkədə qeyri-müəyyən şəxslərin dairəsində yayıb.

İstintaq orqanı tərəfindən Mahmud Mərdanovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Mahmud Mərdanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.

Hökmdən narazı qalan Mahmud Mərdanov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şikayət təmin olunmayıb.

Qərardan da narazı qalan Mahmud Mərdanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti də təmin edilməyib.