Heydər Əliyev Fondu Tərtərdə iftar süfrəsi təşkil edib-FOTO
30-05-2019, 11:40
Oxunub: 3 366
Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə mayın 29-da Tərtərdə iftar süfrəsi təşkil edib
Bolgexeber.com xəbər verir ki,İftar süfrəsində din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanlar, həmçinin N saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıblar.
Bildirilib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar süfrələrinin açılması tədqirəlayiqdir.
Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli-mənəvi dəyərlər qorunur.
İftar süfrəsində, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər