"Atanız gəlir” deyib, şəhidin övladlarını məktəbdən evə yola salmışıq" - FOTO
31-05-2019, 13:32
Oxunub: 2 655
Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var
Bolgexeber.com unikal.org-a istinadən xəbər verir ki, Qaxın Lələpaşa kənd orta məktəbindən bildirilib ki, Aqilin böyük oğlu Uğur 4-cü, Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.
"Uşaqlara "atanız evə gəlir” deyib, məktəbdən evlərinə yola salmışıq. Onlarda sevinə-sevinə evlərinə gediblər. Heç biri atalarının şəhid olmasından xəbəri yoxdur".
Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. 36 yaşlı şəhid mayor, tabor komandiri idi.
Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb. 2 övlad sahibi olan 1983-cü il təvəllüdlü Omarov Aqil Akif oğlu Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər