BolgeXeber.Com » Xəbərlər » “Bazarstore”da müştərinin 30 min manatlıq qızılları oğurlanıb

“Bazarstore”da müştərinin 30 min manatlıq qızılları oğurlanıb

3-06-2019, 12:11
Oxunub: 3 929 “Bazarstore”da müştərinin 30 min manatlıq qızılları oğurlanıb“Bazarstore” super marketində müştərinin 30 min manatlıq qızılları oğurlanıb.

“Report” xəbər verir ki, “Bazarstore”un Abşeron rayonu, Masazıq qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.