Nazirlər Kabineti bu qadağanı ləğv etdi
5-06-2019, 12:17
Oxunub: 2 694
Fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdlərinin yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmaması barədə qadağa ləğv edilib.
Bolgexeber.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.
Başqa sözlə, Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarına əsasən, indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayıblar. Dəyişikliyə əsasən, fənn (fənlər) üzrə illik qiyməti 2 olan şagirdlərlə bağlı bu qadağa aradan qaldırılıb.
Müvafiq olaraq Nazirlər Kabineti "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda da dəyişiklik edib. Qaydaya əsasən, bu vaxta qədər ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslərlə bağlı hissə Qaydalardan çıxarılıb.
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər