BolgeXeber.Com » Xəbərlər » Sahil Babayevin “xəstə heyvan siyasəti”... növbəti dəfə İFŞA oldu(VİDEO)

Sahil Babayevin “xəstə heyvan siyasəti”... növbəti dəfə İFŞA oldu(VİDEO)

11-06-2019, 11:36
Oxunub: 2 747 Sahil Babayevin “xəstə heyvan siyasəti”... növbəti dəfə İFŞA oldu(VİDEO)Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihəyə qatılanlara xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı daha bir fakt üzə çıxıb

Yevlax rayonunun Malbinəsi kənd kənd sakini Mahmudov Səvər Mahir oğlu ona təklif edilən heyvanların xəstə olduğunu bildirib.

Şikayətçinin təqdim etdiyi fotolardan da görünür ki, inəklər arıq və xəstə durumdadır.

Şikayətçi yazır:

Yazıb sizə bildirirəm ki, mən Mhahmudov Sərvər Mahir oğlu 2 uşaq atasıyam. Mən evimdə gələcəyə əsgər böyüdürəm. Mən 05.23. 2018-ci ildə Yevlax rayon məğulluq idarəsində işsiz kimi qeydiyyata düşdüm. Həyətyani sahəmdə əlverişli şərait olduğu üçün “özünüməşğulluq proqramı”na qoşularaq, 1 ay kurslarda iştirak etdim və imtahanlardan uğurla keçdim.

Özümün seçimimlə biznes planımda 5000 manat dəyərində yanı balalı heyvan qeyd etdim. Bundan sonra özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları kimi qeyd edən bir qurup şəxs yük avtomobilinə doldurulan, iqlim şəraitinə uyğunlaşa bilməyən xəstə iribuynuzlu mal gətirdilər. Biz həmin heyvanların qiymətini soruşduqda bildirdilər ki, heyvanların birinin qiyməti 2500 manata hesablanıbdır. Biz bildirdik ki, Heyvanların bazar qiymətləri xəstə heyvan olmasalar 700, 800 manatdan baha deyil. Biz heyvanlar xəstə və baha qiymətə olduğundan həmin heyvanları götürməkdən imtina etdik. Xəstə heyvanları bizlərə 2500 manatdan verməyə çalışan şəxslər bizə heç bir sənəd təqdim etməyərək, ad və soyadlarını deməkdən imtina etdilər. Sonradan məlum oldu ki, bu adamlar nazirliyin əməkdaşları yox, bazarda alver edən heyvan dəllallarıdır.

Biz bununla bağlı dövlət orqanlarına 10-larla ərizə və şikayətlər göndərsək də, bizim şikayətlərimizə hələ də baxan yoxdur.
realmedia.az