BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

19-06-2019, 11:35
Oxunub: 1 483 Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb2019-cu il iyun ayının 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.