Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?
21-06-2019, 11:57
Oxunub: 2 015
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov Azərbaycanın Daxili İşlər naziri vəzifəsindən azad edilib
Ölkə başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 10 aprel 1997-ci ildə yaradılıb.
Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq, Prezident tərəfindən yaradılır.
Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Şuraya vitse-prezident, Milli Məclisin sədri, Baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını R.Usubovun təyinatına qədər Prezident Administrasiyasının rəhbəri yerinə yetirirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər