“Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzləri cərimələndi
21-06-2019, 15:34
Oxunub: 2 509
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakının Xəzər rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə reyd keçirib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, reydlər zamanı "Siti Bich”, "Karvan Palace” və "Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər