Qadınları fahişəliyə cəlb edən Qələmnaz hakim qarşısında
22-06-2019, 12:53
Oxunub: 3 067
İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən 1963-cü il təvəllüdlü Qələmnaz Xəlilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Oxu.Az xəbər verir ki, Q.Xəlilovanın barəsində olan cinayət işi üzrə material baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rəfayel Şirinovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib. Qeyd edək ki, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsindəki 29 saylı evdə yaşayan Qələmnaz Xəlilovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkar edilib. Məlum olub ki, Q.Xəlilova əvvəldən tanıdığı Səmayə Əliyevanı (ad və soyad şərti verilib - red.) və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib. Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Q.Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edib. İstintaq orqanı tərəfindən Q.Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər