BolgeXeber.Com » Xəbərlər » Bakıda diri cücələr zibilliyə atılıb - VİDEO

Bakıda diri cücələr zibilliyə atılıb - VİDEO

27-06-2019, 17:34
Oxunub: 2 084 Bakıda diri cücələr zibilliyə atılıb - VİDEOSosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayılıb.

Görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər.

Cücələrin “Zirə” quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur.

“Report”un əməkdaşı məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verən olmayıb.