Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
28-06-2019, 19:12
Oxunub: 2 828
İyunun 24-dən 26-dək Budva şəhərində Monteneqro Ali Məhkəməsinin təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və qanunsuz miqrasiya” mövzusunda beynəlxalq regional konfrans keçirilib.
Bolgexeber.com-a daxil olan məlumata görə, tədbirdə ölkəmizi Ali Məhkəmənin hakimi, hərbi kollegiyanın sədri Əziz Seyidov, Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov təmsil edib.
Azərbaycan nümayəndə heyəti konfransın işində fəal iştirak edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, ölkəmizin beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın bütün təzahürləri ilə mübarizəyə verdiyi töhfələr və ölkəmizdə formalaşan səmərəli hüquq mühafizə sistemi haqqında ətraflı məlumat verib.
Tədbirdə ümumbəşəri bəla olan terrorçuluqla mübarizədə informasiya mübadiləsi və beynəlxalq hüquqi yardımın təmin edilməsinin əhəmiyyəti, qeyri-qanuni miqrasiya və terrorçuluğun maliyyələşdirilməsinin hüquqi və etik aspektləri müzakirə olunmuş, bu sahədə beynəlxalq təcrübəyə dair geniş fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər