Dünya çempionunun öldüyü qəzadakı digər sürücünün KİMLİYİ açıqlandı
2-07-2019, 15:39
Oxunub: 2 745
Bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilinib. O, 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.
Əldə olunan məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bir müddət orada müalicə alan K.Cavadov daha sonra DİN-in hospitalına köçürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər