BolgeXeber.Com » Xəbərlər » Prezident daha bir xalq artistinə mənzil bağışladı

Prezident daha bir xalq artistinə mənzil bağışladı

5-07-2019, 11:27
Oxunub: 1 364 Prezident daha bir xalq artistinə mənzil bağışladıPrezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Lent.az-a aktyorun özü bildirib:

“Görünür, prezident həm mədəniyyət sahəsindəki əməyimi nəzərə alıb, həm də mənzil şəraitimi. Prezidentimizə bu diqqətinə və qayğısına görə çox təşəkkür edirəm”.

Məmmədsəfa Qasımov “Yuğ” teatrının aktyorudur. ADMİU-nin dosentidir. “Azərbaycanfilm”də onlarla filmdə çəkilib.