Bakıda bu avtobusun sürücüsü sərnişinlərə “çoban” deyir - GİLEY
6-07-2019, 10:24
Oxunub: 3 014
Bakıda bəzi marşrut avtobuslarında addımbaşı sürücü kobudluğuna rast gəlmək mümkündür.
Belə bir hal bu gün səhər saatlarında Bakının Bakıxanov qəsəbəsinə hərəkət edən 208 saylı marşrutda baş verib.
Avtobus sürücüsü sərnişinlərə qarşı kobudluq edib. Bu azmış kimi, sükan arxasında siqaret çəkərək qaydanı pozub. Bu barədə Cebhe.info-ya sərnişinlərdən biri şikayətlənib. Vaxtaşırı həmin marşrutdan istifadə etdiyini deyən sərnişin Ramilə Novruzova 10 TE 397 nömrə nişanlı avtobus sürücüsünün sərnişinlərlə çox kobud davrandığını dilə gətirib.
“Mütəmadi bu marşrutdan istifadə edirəm. Adını bilmədiyim sürücünün hər dəfə sərnişinlərlə rəftarını görəndə, əsəbləşirəm. Bu sürücüyə avtobusu necə həvalə ediblər, anlamıram. İdarə etdiyi yerdə qəfil avtobusu dayandırır, sərnişinlər ora-bura yıxılır. Minəni də, düşəni də təhqir edib, söyür. Sərnişin düşmək istəyir, avtobusu tam saxlamır, insanlar təhlükəli vəziyyətdə avtobusdan düşməli və minməli olur. Sərnişinlərə “Çobansan, ayağını tez at da avtobusa, görmürsən ki, sürürəm”,- deyə ifadələrlə kobudluq nümayiş etdirir. Bəzən marşrutu qapısı açıq və aşırı sürətlə idarə edir. Səsini çıxaran sərnişinlərlə mübahisə edib, onları susdurmağa çalışır. Bunları azmış kimi sükan arxasında siqaret çəkir. İnanın ki, bu sürücünün əlindən mən də, sərnişinlər də təngə gəlib”,- deyə sərnişin əlavə edib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər