BolgeXeber.Com » Xəbərlər » Rüfət Aslanlının İstanbuldakı sarayı - VİDEO

Rüfət Aslanlının İstanbuldakı sarayı - VİDEO

22-07-2019, 09:41
Oxunub: 2 229 Rüfət Aslanlının İstanbuldakı sarayı - VİDEOMaliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş direktorlar şurasının sədri olan Rüfət Aslanlının Türkiyədəki mülkünün görüntüsü yayılıb.

Məlumatı moderator.az saytı yayıb.

Sayt yazır ki, Aslanlı Palatada işlədiyi 2 il 6 ay ərzində bank sektorunu ağır duruma salıb. Bu da problemlərin həlli üçün milyardlarla manat dövlət vəsaitinin səmərəsiz xərclənilməsinə səbəb olub.

"Təkcə 10-a yaxın işlək bankları bağlamaqla dövlətə 1 milyard manatdan artıq zərər vurdu. Amma vaxtında ölkənin bank sektorunu iflic edən bu problemlər operativ qaydada ölkə rəhbərliyinə məruzə olunsaydı, bəlkə də az bir məbləğdə vəsait xərclənməklə bu xaosun həllinə nail olmaq olardı", - yazıda qeyd olunur.

Məlumatda deyilir ki, R.Aslanlı Palataya rəhbərlik edəndən sonra ölkədə və xaricdə böyük mülklərə sahib olub.

Hətta bahalı restoranlarda ad günü qeyd etməsi, öz adına şüşəsi 5 min dollar olan çaxırlar istehsal etdirməsi, dəyəri 4-5 milyon dollar qiymətləndirilən bahalı saat kolleksiyası və avtomobil parkına sahib olduğu, Fransada şəxsi şərab zavodunun və üzüm bağlarının, Bakıda isə bir neçə bahalı mənzillərə sahib olması barədə mediada məlumatlar yayılıb.

Onun ortaqlarından birinin də Əmanətlərin Sığortalanması Fondunun sabiq sədri Azad Cavadovun olduğu qeyd olunur.

la birgə bir neçə yüz milyon manatın Aslanlı və Cavadov tandemi tərəfindən təyinatından yayındırılmaqla mənimsədikləri barədə yazılanlar idi.

Haqqında danışılan malikanə isə Türkiyənin İstanbul şəhərindədir. Dəyəri 25-30 milyon dollar hesab olunan, İstanbulun bahalı yaşayış massivində yerləşən və Bosfor boğzına birbaşa mənzərəsi olan bu villanın məhz Aslanlıya məxsus olması iddia olunur.