Vətəndaşlar “Min bir gecə”dən şikayət etdi: giriş pulludur - Reyd başladı
23-07-2019, 10:52
Oxunub: 2 558
Vətəndaşlar tərəfindən bir sıra çimərliklərdən girişin pullu olması barədə yenidən şikayətlər daxil olub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olduqdan sonra qurumun Ticarət və Xidmət Departamenti reydlər aparıb:
“Lakin hava şəraiti ilə əlaqədar reydlər dayandırılıb. Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur. Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”.
Qeyd edək ki, bir müddət əvvəl çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumat yayılıb. BŞİH-nin Ticarət və Xidmət Departamenti vətəndaşların çimərliklərə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər