BolgeXeber.Com » Xəbərlər » Xəzərin sahilboyu zolağını qanunsuz zəbt edən iş adamının xeyrinə çıxarılan qərar ləğv edilib
Xəzərin sahilboyu zolağını qanunsuz zəbt edən iş adamının xeyrinə çıxarılan qərar ləğv edilib
24-07-2019, 12:33
Oxunub: 2 624
Əmlak Məsələləri Dövlət Komitəsinin “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən Nəsimi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y. Qədimbəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə, yəni Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə əlaqədar protokol tərtib edib. Y. Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləndirilir.
Nəticə də o hüquqi şəxs kimi 50 min manat məbləğində cərimələnib.
Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Qərardan şikayətçi olan Dövlət Komitəsi apelyasiya şikayət verib.
Y. Qədimbəyli Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər