Mingəçevirdə çay evində bıçaqlanma hadisəsi törədənlər istintaqa cəlb olundu
29-07-2019, 19:02
Oxunub: 2 363
İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a bildirilib ki, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülmüş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər