Rektor Əvəz Zeynallı ilə Vüsalə Ağabəylini məhkəməyə verdi
30-07-2019, 16:36
Oxunub: 2 550
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.
Bolgexeber.com BakuPost-a istinadən xəbər verir ki, rektor baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.
Məlumata görə K.Abdulla jurnalistlə yanaşı işdən çıxardığı müəllimləri də məhkəməyə verib.
Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.
Məsələ ilə bağlı Əvəz Zeynallı sayta bildirib ki, məsələdən bu gün xəbər tutub: "Hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma təəccüb içindəyəm. Hörmətli Kamal Abdulla belə naşı addımı neçə ata bilər. İnşallah məhkəmədə üz-üzə gələrik, ona sözümü deyərəm”.
Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər