BolgeXeber.Com » Xəbərlər » Şəki Xan Sarayında yaralanan jurnalist xəstəxanadan buraxıldı

Şəki Xan Sarayında yaralanan jurnalist xəstəxanadan buraxıldı

2-08-2019, 16:04
Oxunub: 2 342 Şəki Xan Sarayında yaralanan jurnalist xəstəxanadan buraxıldıİyulun 14-də Şəki Xan Sarayında baş vermiş hadisə zamanı xəsarət alan İlkin Məmmədli 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.

Bu barədə APA-ya İ. Məmmədli özü məlumat verib. İ. Məmmədli qeyd edib ki, müalicəsini evdə davam etdirəcək.

Qeyd edək ki, jurnalist İlkin Məmmədli "Qəbələ" klubunun əməkdaşıdır.

Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlıdır.