Deputat oğlunu evləndirir – Məmurları dəvət etməyəcək
5-08-2019, 13:33
Oxunub: 2 510
Milli Məclisin deputatı Rüfət Quliyev yaxın günlərdə oğlu üçün toy edəcək
Bolgexeber.com xəbər verir ki, bunu deputat özü Oxu.az-a müsahibəsində deyib. O, bildirib ki, başı toy hazırlıqlarına qarışdığından istiraahət edə bilməyib.
“Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm”.
R. Quliyev deyib ki, bir oğlunun toyu olub və həmin toy çox qapalı formada keçib: “Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.
Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər