BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
2-09-2019, 19:43
Oxunub: 2 934
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, avqustun 26-27-də Keniyanın Naivaşa şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Keniya Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) tərəfindən “Düşüncənin liderliyi” adlı seminar keçirilib.
Tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Yeni Zelandiya, Cənubi Afrika Respublikasının prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də BMT-nin nümayəndələri ilə yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev iştirak edib.
Mühazirəçi qismində çıxış edən İ.Hacıyev Azərbaycanda korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini vurğulayaraq həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə məlumat verən İ.Hacıyev dövlət sektorunda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edib, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə danışıb.
İ.Hacıyev Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulayaraq bu istiqamətdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Antikorrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyalarının Assosiasiyanın illik konfranslarında ölkəmizdə keçirilməsi, bundan başqa, Avropa İttifaqının Əkizləşmə Layihəsi (“Tvinninq” layihəsi) çərçivəsində Litvanın Xüsusi İstintaq Xidməti ilə Baş İdarə arasında potensialların artırılması ilə bağlı faydalı əməkdaşlıq, həmçinin Baş İdarə tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digər qurumlarla əməkdaşlığın korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl nailiyyətlərin öyrənilməsi, bunun cari fəaliyyətdə qarşıya çıxan çətinliklərin həllində və fəaliyyətin təkmilləşdirilməsində səmərəli tətbiqi təcrübəsindən danışıb.
Tədbirdə ölkəmizdə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər