BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda məktəb direktoru adam öldürdü

Azərbaycanda məktəb direktoru adam öldürdü

6-09-2019, 11:27
Oxunub: 2 120 Azərbaycanda məktəb direktoru adam öldürdüXaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi "Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.