Şöbə müdirinin məhkəməsi başlayır - Sabiq nazirin tələbə yoldaşı olub
7-09-2019, 18:08
Oxunub: 4 044
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Fondun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir. Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.
Ş.Nuriyev vəzifədə olduğu müddət ərzində ölkə mediasında bir neçə dəfə onun Səlim Müslümovun tələbə yoldaşı və dostu olduğu qeyd olunub. S.Müslümov fonda rəhbər təyin edildikdən sonra Ş.Nuriyevi də vəzifəyə təyin edib. Ş.Nuriyev İmişli, Qaradağ, Qobustan və Şuşa rayon şöbələrinin müdiri işləyib. Bir müddət isə DSMF-nin kadrlar şöbəsinə rəhbərlik edib. Payaxtın Səbail rayonunda müdir işləyəndən sonra Zəngilana təyin olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər